Accessibility links

Amerikalı müşahidəçi seçkilərin legitimliyini şübhə altına alır - 2003-10-31


Azərbaycanda prezident seçkilərini müşahidə etmiş Qərbi Avropada Demokratiya İnstitutunun prezidenti İrena Lasota yeni prezidentin inaquariysa mərasimi günü açıqlamalar verir. “Bu gün Azərbaycan üçün xoşagəlməz bir günüdr. Çox təəsüf ki, Azərbaycanda yeni prezidentin inaqurasiyası belə bir vəziyyətdə keçir. Yeni liderin liegitimliyi Azərbaycan hökümətinin dəvət etdiyi beynəlxalq müşahidəçilər tərəfindən hələ də sual altına qoyulur. Şəxsən mən beynəlxalq müşahidəçilərin üçdə birinə başçılıq edirdim. Yeni prezidentin legitimliyi hələ bu qədər şübhə altına alınmamışdı. Məncə, azərbaycanlıların böyük əksəriyyəti İlham Əliyevə səs vermədiklərini bilir. Onlar digər namizəd İsa Qəmbərə səs verdiklərini bilirlər.” İrena Lasota Azərbaycanda davam edən siyasi motivli həbslərə də münasibət bildirdi. “Mən qeyd etməliyəm ki, Azərbaycan indiyə qədər heç vaxt bu dərəcədə qərbin diqqət mərkəzində olmamışdır. Amerikada, Böyük Britaniyada mətbuat seçkilər vaxtı baş vermiş hadisələrlə bağlı yazılar dərc edir. Çox təəsüf ki, başqa məsələlərə görə böyük hörmətə malik olan Azərbaycan indiki mərhələdə beynəlxalq ictimaiyyət tərəfindən civilizasiyanın barbarlıqla əvəz olundugu bir ölkə kimi nəzərdən keçirilir.”

XS
SM
MD
LG