Accessibility links

Suriyada İraqdakı vəziyyət müzakirə edilir - 2003-11-01


İraqa qonşu ölkələr İraqın iştirakı olmadan ölkədəki qeyri-sabitliyin müzakirəsi məqsədi ilə iki günlük görüş keçirirlər. Suriya İraqa qonşu ölkələrin xarici işlər nazirlərini regionda sülh, sabitlik və təhlükəszlik məsələlərini müzakirə etməyə çağırıb. İraqın xarici işlər naziri Hoşyar Zebari dünən axşama qədər yığıncağa dəvət almamışdı. Nazir gec dəvətə cavab verməyəcəyi və yığıncaqda qəbul edilən hər bir qərarın İraq tərəfindən qəbul edilməyəcəyini bildirmişdir. Suriya İraqa dəvəti İordaniya, Küveyt və Səudiyyə Ərəbistanının İraq olmadan yığıncaqda iştirak etməyəcəklərini bildirməsindən sonra göndərmişdi.

XS
SM
MD
LG