Accessibility links

Şaron "yol xəritəsi"lə bağlı qayğılarını Moksvada rəsmilərlə bölüşür - 2003-11-02


İsrailin baş naziri Ariel Sharon Yaxın Şərqdə sülhə dair yol xaritəsi kimi tanınan sülh planı ilə bağlı öz narahatlıqlarını dilə gətirmək məqsədi ilə Moskvada görüşlər keçirir. Ariyel Sharonun bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı BMT-nin Təhlükəsizlik Şurasının sülh planının rəsmən qəbul edilməsi ilə nəticələnəcək yeni qətnaməsini dəstəkləmək planlarından əl çəkməsini xahişini edəcəyi gözlənilir. Moskvanın ötən həftə təklif etdiyi qətnamə layihəsində 2005-ci ilədək müstəqil Fələstin dövlətinin yaranması nəzərdə tutulur. Həmçinin gözlənildiyi kimi, cənab Sharon İranın nüvə proqramı ətrafında narahatlığa səbəb olmuş məsələləri müzakirə edəcək. İsrail İranın atom silahlarını istehsal etmək məqsədi ilə sabiq sovet respublikalarından gizli şəkildə elmi məlumat əldə etməsindən və gələn ilin ortalarında atom silahı istehsal edə biləcəyindən ehtiyat edir.

XS
SM
MD
LG