Accessibility links

Beynəlxalq müşahidəçilər Gürcüstanda parlament seçkilərini tənqid edir - 2003-11-03


Gürcüstanda parlament seçkilərindən öncə aparılmış rəy sorğularında hökumət tərəfdarı “Gürcüstan uğrunda” blokunun ən az, səslərin 6 faiz aldığını, müxalifətin prezident Şevardnadzenin gücünü azaldacağı göstərilmişdi. Bu gün isə Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident Şevardnadzenin blokunun irəlidə getdiyini bildirib. 235 yerlik parlamentə seçkilər zamanı səsvermənin bitməsinə az qalmış dünən ölkə rəsmiləri pozuntular haqda məlumatlardan sonra səsvermənin vaxtını uzatmalı olmuşdular. Mərkəzi Seçki Komissiyasını verdiyi ilkin nəticələr hökumət tərəfdarı blokun irəlidə getdiyi göstərir. Lakin səslərin paralel olaraq sayılmasını aparan “Azad Seçkilər” qeyri-hökumət təşkilatı “Milli hərəkat” blokunun lideri Mixail Saakaşvilinin irəlidə getdiyini deyir. Seçkiləri müşahidə edən Beynəxalq Müharibə və Sülh institutunun Qafqaz regionu üzrə koordinatoru Marqartia Alaverdiani paralel səs hesablamasının nəticələrinin belə bölündüyü deyir: “Paralel hesablamarı “Azad seçkilər” qrupunun lideri Zurab Çiaberişvilinin aparmış və yekun vurmuşdur. Onun hesablamalarına görə, “Milli hərəkat” blokunun lideri Mixail Saakaşvili səslərin 26,26 fazini alaraq birinci yerdədir. Burada hökumətin təmsil etdiyi blok ikinci yerdə gedir. Rəsmi və paralel səs hesablamalarında, faktiki olaraq, birinci və ikinci yerlər dəyişib.” Bunun səsvermənin ümumi nəticəsinə hansı təsiri ola bilər. Müxalifət liderləri bu nəticələri qəbul edəcəklərmi? Müşahidəçi Marqarita Alaverdiani hələlik bunu deməyə çətinlik çəkir, lakin qeyd edir ki, əgər nəticələrdə belə fərqlilik davam etsə, müxalifətin etiraz edəcəyini və bu etirazın küçələrdə ifadə olunacağından ehtiyat edir: “Mən qorxuram ki, Saakaşvili rəsmi məlumatlara görə, belə geridə qaldığını görsə, o, küçələrə adam çıxarmağa çalışacaq. Müxalifət əvvəlcədən bildirib ki, seçkilər saxtalaşdırılsa, onlar bunu belə qoymayacaqlar. İndiki vəziyyəti isə onlar məhz saxtalaşdırma adlandırırlar.”

Seçkilər zamanı müşahidəçilər çoxsayda pozuntuların olduğunu qeyd ediblər. Səsvermə siyahılarında minlərlə adamın adı göstərilməyib. MSK-nın məlumatına görə burada söhbət 10 min adamdan gedir. Lakin müstəqil müşahidəçilərlə söhbətlərdən bu rəqəmin daha artıq olduğu aydın olur. Müşahidəçilərin dediyinə görə, bəzi siyahılarda vəfat etmiş adamların, Gürcüstanda artıq yaşamayan və Gürcüstan vətəndaşı olmayan adamların adları olub.” Gürcüstandakı müşahidəçilər və siyasətçilər Azərbaycanda 15 oktyabr prezident seçkilərini yaxından izləyirdilər. Müxalifət seçkinin saxtalşadırıldığı fikrində qalıb etirazını küçələrdə ifadə etmək qərarına gəlsə, o zaman Tbilisidə Bakı hadisələrinin təkrarını gözləmək olarmı? Gürcüstanda bunu istisna etmirlər, lakin jurnalistlər və müşahidəçilər Bakı hadisələri zamanı prezident Eduard Şevardnadzenin xəbərdarlığının nəzərə alınmalı olduğunu deyirlər. Eduard Amvrosyeviç o günlər demişdi: ”Müxalifət bilməlidir ki, seçki zamanı qayda-qanunu pozmağa çalışanlarla nə olur.” Gürcüstan seçkilərinin ölkəni 1992-ci ildən idarə edən 75 yaşlı prezidentin yerini tutmağa ümid edən siyasətçilər üçün sınaq olacağı deyilir. Eduard Şevardnadzenin prezidentlik müddəti 2005-ci ildə bitir. Səsvermə siyahılarında minlərlə adamın adı yox idi. MSK məlumataına görə söhtbə 10 min adamdan gedir. Lakin müstəqil müşahidəçilərlə söhbətlərdən bu rəqəmin daha artıq olduğu aydın olur. Müşahidəlilərin dediyinə görə, bəzi siyahılarda vəfat etmiş adamların, Gürcüstanda artıq yaşamayan və Gürcüstan vətəndaşı olmayan adamların adları olub.” Gürcüstandakı müşahidəçilər və siyasətçilər Azərbaycanda 15 oktyabr prezident seçkilərini yaxından izləyirdilər. Müxalifət seçkinin saxtalşadırıldığı fikrində qalıb etirazını küçələrdə ifadə etmək qərarına gəlsə, o zaman Tbilisidə Bakı hadisələrinin təkrarını gözləmək olarmı? Gürcüstanda bunu istisna etmirlər, lakin jurnalistlər və müşahidəçilər Bakı hadisələri zamanı prezident Eduard Şevardnadzenin xəbərdarlığının nəzərə alınmalı olduğunu deyirlər. Eduard Amvrosyeviç demişdi: ”Müxalifət bilməlidir ki, seçki zamanı qayda-qanunu pozmağa çalışanlarla nə olur.” Gürcüstan seçkilərinin ölkəni 1992-ci ildən idarə edən 75 yaşlı prezidentin yerini tutmağa ümid edən siyasətçilər üçün sınaq olacağı deyilir. Eduard Şevardnadzenin prezidentlik müddəti 2005-ci ildə bitir.

XS
SM
MD
LG