Accessibility links

Polşalı müşahidəçilər: Azərbaycan xalqı demokratik seçkiyə layiqdir - 2003-11-04


Azərbaycanda seçkinin nəticələrilə bağlı ATƏT-in bəyanatın ilə razlaşmayan 188 beynəlxalq müşahidəçi arasında olan polşalı müşahidəçilər öz ictimiayyətinə müraciət etmişlər. Bununla polşalı müşahidəçilər öz xalqına sistematik qanun pozuntuları ilə müşayət olan seçkinin ATƏT-in bəyanatında deyildiyi kimi, “beynəlxalq standartlara uyğun” şəraitdə keçdiyi idafəsilə razılaşa bilmədiklərini çatdırmaq istəmişlər. Polşalı müşahidəçilər sistematik saxtakarlığın və qanun pozuntularının olduğunu qeyd edirlər. 16 nəfərin imzası olan məktubda ATƏT və Avropa Şurasının müşahidəçilərinə, habelə Polşa xarici işlər nazirliyinə müraciət olunaraq Polşanın tarixi təcrübəsinin nəzərə alınıb demokratiya ideallarının pozulmasına qəti etiraz bildirməsi istənilir. Seçkilərə yekun vulurub və Azərbaycanda yeni prezident hakimyyət başına keçib. Beynəlxalq müşahidəçilərsə fəaliyyətlərini dayandırmır. Şərqi Avropada Demokratiya institutundan Azərbaycan seçkilərini müşahidə edən polşalı müşahidəçi Tomaş Pisula beynəlxalq ictimiayyətin həqiqəti bilməli olduğunu deyir: “Bu, seçki olmayıb. Seçki odur ki, səslər hesablana və insanlara azad seçim hüququ verilə. Bunların heç biri Azərbaycanda baş verməyib. Buna görə də mən ATƏT-in bəyanatından təəcübləndim və şok vəziyyətinə düşdüm və bir çox müşahidəçi rəsmi bəyanata etiraz etmək qərarına gəldi ki, çoxları həqiqətdə nə baş verdiyini bilsin.” Müşahidəliərin fikrincə, ATƏT-in bəyanatında etiraz bildirən 188 nəfərə çox adam qoşula bilərdi, çünki seçki zamanı pozuntuların baş verdiyinin onlar da şahidi olmşudular. Lakin Tomaş Pisula deyir ki, ATƏT-in yüksək səviyyəli rəsmiləri onları səslərini ucaltmağa qoymamışlar. Müşahidəçinin fikrincə, əslində seçkilərin baş tutmadığı elan edilməliydi: “Mən inaqurasiya mərasiminə görə böyük təəssüf hissi keçirirəm, çünki hesab edirəm ki, Əliyev seçkilərdə qələbə çalmayıb. Seçkilər yenidən keçirilməliydi. ATƏT də bu bəyanatı verməməliydi. Hesab edirəm ki, ATƏT hələ də bəyanatını yenidən nəzərdən keçirə bilər. Bununla belə, biz səsimizi ucaltmağa davam edəcəyik, çünki bu, müxalifətdə, müstəqil düşünən insanlarda bir ümid yaradır ki, demokratiya nəhayət bir zaman üstün gələcək.” Polaşlı daha bir müşahidəçi Aqneşka Romaşevska da ATƏT-in bəyanatına yənidən baxa biləcəyilə fikrilə razışlaşır. O da qeyd edir ki, beynəlxalq ictimiayyətə Azərbacyan xalqının hüquqlarının polzulduğunu çatdırmaq lazımdır: “Azərbaycanda azad və ədalətli seçki olmayıb və əgər cənab İlham Əliyev ölkə prezidenti olubsa, o, demokratik yolla seçilməyib. Cənab Əliyev bəlkə də qələbə çala bilərdi, mən siyasətçi deyiləm və kimin qələbə çala biləcəyini deyə bilmərəm. Lakin seçki demokratik olmadığından onun demokratik seçilmiş prezident olduğunu demək olmaz. Mən bilmirəm, ATƏT bəyanatını dəyişsə, bunun nə təsiri ola bilər. Lakin hər halda, ictimai fiikirdə seçkilər haqda düzgün təsəvvür yarana bilər.” Beynəlxalq müşahidəçilər səylərini davam etdirməyin mənası olduğuna inanırlar. Onlar hesab edirlər ki, müşahidəçi kimi gördüklərini beynəlxalq ictimaiyyətə çatıdırmalıdırlar. Çünki, onların dediyi kimi, Azərbaycan xalqı demokratik seçkiyə layiqdir.

XS
SM
MD
LG