Accessibility links

İraqda britaniyalı hərbi qulluqçu qətlə yetirilib - 2003-11-05


Britaniya İraqda daha bir hərbi qulluqçunun qətlə yetirildiyini bildirir. Lakin baş nazir Toni Bleyer zorakılıqların artmasına baxmayaraq, İraqda normal həyatın bərpasında irəliləyiş əldə edildiyini deyib. Baş nazir Toni Bleyer Btitaniya parlamenti qarşısında İraqdakı son tələfat-Dəniz Donanması üzvü İan Plankın ölümü barədə məlumat verib. Müdafiə Nazirliyinin bildirdiyinə görə kapral Plank ötən həftə düşmən gülləsinin qurbanı olmuşdu. Baş nazir raqdakı zorakılıqlara görə Səddam Hüseyn rejimini dəstəkləyənləri və xarici terrorçuları günahlandırmışdır. Cənab Bleyer onların məğlubiyyəti üçün çox işlər görüldüyünü demişdir. Əgər biz İraqda vəziyyəti yaxşılaşdıra bilsək, müsəlmanları məhv edib, neftə sahib çıxmaq istəməyimiz haqda təbliğatı ifşa edə bilsək, təkcə ərəb və müsəlman dünyası deyil, bütün dünyanı buna inandıra bilsək, bunun müsbət təsirini əldə etmiş olacağıq. Məhz buna görə bu insanlar İraqdadır. Onlar bilirlər ki, bu təkcə İraqın gələcəyi uğrunda yox, İraqda çiçəklənən, demokratik, sabit bir quruluş yarada bilib-bilməyəcəyimiz uğrunda mübarizədir-deyə baş nazir bildirmişdir. Son inkişaflarla bağlı Britaniyanın müdafiə naziri Ceff Hun 12 min əsgərdən ibarət Britaniya qüvvəsinin İraqda qalacağını demişdir. Nazir mart ayından bu günədək Britaniyanın hərbi xərclərinə 5 milyard dollar məbləğində pul sərf edildiyini, lakin yaxın zamanda xərclərin azalacağını bildirmişdir.

XS
SM
MD
LG