Accessibility links

Əl Qaidə üzvləri Keniyada terror əməliyyatları həyata keçirir - 2003-11-05


BMT-nin hazırladığı hesabat layihəsində Kenyada bir oteli partlatmış və daha sonra həmin ölkədə İsrailin mülki təyyarəsini raketlə vurmağa cəhd göstərmiş Əl Qaida terrorçularının qonşu Somalidə silahlar əldə etdikləri və təlimlərdən keçdikləri bildirilir. BMT-nin təyin etdiyi komissiyanın hesabatında Əl Qaida mənsubları terrorçuların yer-hava raketlərini Yəməndən Somaliyə və daha sonra Keniyaya Mombasa şəhərindəki otelə edilmiş hücumdan üç ay əvvəl gətirdikləri bildirilir. Oteldəki partlayış nəticəsində intiharçılar da daxil olmaqla 16 nəfər həlak olub. Lakin raketlər təyyarəyə dəyməyib. BMT-nin hesabatında bu kimi hücumların həyata keçirilməsi üçün Somaliyə daha çox silahların gətirilməsinin mümkünlüyü ilə bağlı xəbərdarlıq edilir. Hesabatda həmçinin yer-hava raketlərinin alınmasının nisbətən asan olduğu da vurğulanır.

XS
SM
MD
LG