Accessibility links

Ramsfild İraqda əsgərlərin rotasiyası planını açıqladı - 2003-11-06


ABŞ müdafiə naziri Donald Rumsfild gələn ilin əvvəllərində İraq və Küveytə 100 mindən çox yeni əsgər göndərilməsini nəzərdə tutan planı qəbul edib. Müdafiə nazirliyinin rəsmilərinə əsasən, Pentagon ehtiyat və Milli Qvardiyanın 43 min əsgərilə yanaşı, Hərbi Donanmanın 20 min əsgərinə gələn il İraqda hərbi xidmətə hazır olmağa dair xəbərdarlıq göndərməyə başlayıb. Yeni plana görə, Kaliforniyanın Camp Pendletondakı Birinci Hərbi Donanma diviziyasının əsgərləri hazırda İraqda olan əsgərləri əvəz edəcək. Rotasiya planına əsasən, Amerikanın regiondakı qüvvələrinin ümumi sayı gələn illin əvvəllərində 130 mindən 105 minə endiriləcək.

XS
SM
MD
LG