Accessibility links

Türkiyə İraqa əsgər göndərmir - 2003-11-07


Türkiyə əsgələri Birləşmiş Ştatların başçılğı ilə İraqda koalisiya qüvvələrinə qoşulmayacaq. Beləliklə, Türkiyə hökümət İraqa əsgər göndərmək haqda Milli Məclisin qərarından istifadə etməyəcək. Hökümət mənbələrinə əsasən, bu, əsgəri qüvvənin İraqda yerləşdirilməsi ilə bağlı yaranmış vəziyyətin yenidən öyrənilməsilə əlaqədardır. Türkiyə xarici işlər nazirliyinin mətbuat katibi Hüseyn Diriözün bildirdiyinə görə, Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauel dünən gecə xarici işlər naziri Abdulla Güllə telefon söhbəti keçirərək İraq məsələsini müzakirə ediblər. Xarici işlər nazirliyinin açıqlamasında deyilir ki, Abdulla Gül sülhümühafizə qüvvələrinin tərkibində hərbi qüvvə göndərmək məsələsinə İraqda müqavimət məsələsinə toxunmuş və Kolin Pauelə əsgər göndərmək haqda təklifin yenidən nəzərdən keçiriləcəyini demişdir. Ankarada Haber Türk şirkətinin xəbər bölməsinin müdiri Yusuf Özkan Türkiyə ictimiayyətində hadisələrin belə inkişafının təəccüb döğurmadığını və gözlənildiyini deyir.

Türkiyə xarici işlər nazirliyi Pauel-Gül söhbətinin anlaşma şəraitində keçdiyini bidirir. Müşahidəçilərin fikrincə, son qərar ikitərəfli münasibətlərdə növbəti böhran kimi dəyərləndirilə bilməz. Lakin bunun Vaşinqton və Ankara arasında münasibətlərə hansı şəkildə təsir edə biləcəyi sualına cavab vermək üçün ikitərəfli münasibətlərdə bəzi məsələlərin necə həll olunacağı gözlmək lazım olacaq. Türkiyə xarici işlər naziri Abdulla Güllə telefon söhbəti zamanı Dövlət katibi Kolin Pauel Amerika xalqı və hökumətinin Türkiyənin tutduğu mövqe və göstərdiyi dostluğu yüksək qiymətləndirdiyini və əhəmiyyət kəsb etdiyini bildirmiş və Türkiyənin mühüm strateji partnyor olduğunu qeyd etmişdir. Cənab Pauell İraqda sülh və təhlükəsizliyin bərqərar olması üçün iki ölkənin İraqda birlikdə çalışmağa davam etdirəcəyinə vəd etmişdir. İraqa əsgər göndərmək haqda Milli Məclisin 7 Oktyabr tarixli qərarı bir il müddətinə qüvvədədir. Müşahidəçilərin fikrincə, Türkiyə hökuməti lazım gələrsə, ABŞ İraqa əsgər göndərilməsini istəsə və şərtlər dəyişsə, qərardan istifadə edə bilər. Lakin müşahidəçilər qeyd edirlər ki, baş nazir Rəcəp Tayyib Ərdoğan hökumətinin opponenetlərinin hadisələrin bugünkü inkişafına verəcəkləri siyasi qiymək Ak Partinin xeyrinə olmayacaq.

XS
SM
MD
LG