Accessibility links

ABŞ rəsmisi İraqda terror hücumlarının arta biləcəyi xəbərdarlığını edir - 2003-11-10


ABŞ-ın İraqdakı administratoru Pol Bremer İraqda gələn aylar daha çox terror hücumlarının ola biləcəyini bildirir. Bu gün Londonun Tayms qəzetinə verdiyi müsahibədə cənab Bremer İraqa xarici ölkələrdən çox sayda terrorçunun daxil olduğunu deyib.

Pol Bremer Suriya, Sudan, Səudiyyə Ərəbistanı və Yəməndən yüzlərlə terrorçunun İraqda daxil olduğunu bildirdi. Onun dediyinə görə, bərpa işləri öz məcrasına düşdüyü bir vaxt terrror hücumlarının artacağını düşünmək olar. Cənab Bremer İraqın daxili işlər nazirlinə müraciət edərək müxtəlif partiyaların nümayəndələri, o cümldən, Səddam Hüseynin kəşfiyyat agentliyinin keçmiş işçiləri də istisna edilməməklə, xüsusi bir qurum yaratmaq təklifini nəzərdən keçirir. ABŞ-ın İraqda administratorunun bildirdiyinə görə, Birləşmiş Ştatlar hərbi qüvvələrin İraqdan yaxın zamanlarda çıxarılmasını planlaşdırmır. Onun dediyi kimi, bu, İraq və bütövlükdə Yaxın Şərqdə dəhşətli nəticələrə gətirib çıxara bilər. Pol Bremer qeyd etdi ki, İraq hökuməti sabitliyi təmin edə bilənə qədər koalsiya qüvvələrinə ölkədə qalmaq xahişi edilə biləcəyinə inanır.

XS
SM
MD
LG