Accessibility links

KFP-sı yeni təşkilat şəklində formalaşacaq - 2003-11-11


Bu gün Kürdüstan Fəhlə Partiyası bəyanatla çıxış edərək, partiyanın buraxıldığını və kürdlərin hüquqları uğrunda mübarizəsini müzakirələr yolu ilə davam etdirəcək yeni bir təşkilat yaradacağını bildirib. Ötən il adını Azadlıq Konqresinə dəyişən partiyanın bəyanatında deyilir ki, qərar İraqın şimalında yerləşən konqres tərəfindən yekdilliklə qəbul edilib. Qeyd edək ki, bəyanat kürd qrupunun Türkiyə və Amerikanın təzyiqləri ilə üzləşdiyi bir vaxta təsadüf edir. Hər iki tərəf partiyanı terror təşkilatı hesab edir. Türkiyənin rəsmi nümayəndələri bəyanatı rədd edərək, qrupun dəyişikliyinin “kosmetik” xarakter daşıdığını bildirirlər.

XS
SM
MD
LG