Accessibility links

AYIB Bakı-Tbilisi-Ceyhana yardım göstərməməyə çağırılır - 2003-11-12


Ümumdünya Təbiəti Mühafizə Fondu Xəzər dənizindən Gürcüstan ərazisi ilə Türkiyənin Aralıq dənizi limanına çəkiləcək neft boru kəmərinin maliyyələşdirilməsinə yardım göstərməməyə çağırıb. Çağırış Avropa Yenidənqurma və İnkişaf Bankıın dünən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin maliyyələrşdirilməsinə 125 milyon dollar ayıracağını elan etməsindən sonra edilir. Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası da ötən həftə layihə üçün 250 milyon dollarlıq yardım paketi ayırmışdı. Ümumdünya Təbiəti Mühafizə Fondunun bildirdiyinə görə layihə beynəlxalq və milli qanunlar, habelə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının daxili standartları ilə ziddiyyət təşkil edir. Fondun bildirdiyinə yüksək seysmikliyə malik olan ərazilərdən neft kəmərinin çəkiliçi olduqca təhlükəlidir.

XS
SM
MD
LG