Accessibility links

İraqda bomba hücumu nəticəsində İtaliya əsgərləri həlak olub - 2003-11-12


İraqın cənubundakı Nəsriyyə şəhərində İtaliya polis məntəqəsinin yaxınlığında yük maşınına qoyulmuş bombanın partlaması nəticəsində azı 16 italiya əsgəri və 8 iraqlı həlak olub. Birləşmiş Ştatların başçılığı altında İraqdakı koalisiya qüvvələrində xitmət edən İtaliya əsgərləri ilk dəfədir ki, itgi verirlər. İtaliyanın İraqda 2300 əsgəri çoxmillətli hərbi qüvvələr tərkibində xidmət göstərir. İtaliya prezidenti Karlo Azeglio Kiampi Nəsriyyədəki İtaliya hərbi bazasına edilən hücumu rəzil terrorçu əməliyyat adlandıraraq deyib ki, həlak olan əsgərlər İraq xalqına sülh və təhlükəsizliyə nail olmağa yardım göstərirdilər. İntiharçı yük maşınına qoyulan bombanı yerli vaxtla səhər saat 11 radələrində partlatmışdır. İtaliyanın Baş Naziri Silvio Berluskoni deyir ki, bu hücum İtaliyanı terrorçulara qarşı mübarizəsindən çəkindirə bilməyəcək. İntihar hücumu nəticəsində İtaliya əsgərlərinin həlak olması xəbəri Romada keçirilən parlament sessiyasına fasilə vermiş və İtliya hərbi qüvvələrinin İraqdakı mövcuddiyyəti məsələsini yenidən gündəliyə salmışdır.

XS
SM
MD
LG