Accessibility links

Gürcüstanda siyasi böhran davam edir - 2003-11-17


Gürcüstanda parlament seçkilərindən iki həftə keçir. Hələlik Mərkəzi Seçki Kommissiyası seçkilərin nəticələrini elan etməyib. Müxalifət prezident Eduard Şevardnadzenin istefası tələbilə nümayişləri davam etdirir və vətəndaş itaətsizliyinə çağırır. Gürcüstan hökuməti və müxalifət hazırkı vəziyyətdən necə çıxa biləcək. Müşahidəlilərin fikrincə, əslində, Gürcüstandakı proseslər indi seçki mərhələsindən, siyasi tələblərin irəli sürülməsi dövrünə keçib. Gürcüstanda parlament seçkilərinin paralel hesablanmasını aparan “Ədalətli seçkilər” təşkilatı məhkəməyə bir neçə iddia ilə müraciət edib səslərin yenidən hesablanmasını istəyib. Təşkilatın direktoru Zurab Çiaberişvili ki, hazırkı vəziyyətin qeyri-müəyyən olduğunu deyir. “MSK nəticələri hələ açıqlamayıb. Lakin bir şey aydındır ki, bizim siyahılarımızda fərq var. O da aydındır ki, hökumət və müxalifət danışıqlara gedəcəyini desələr də, bunu etmirlər. Tərəflər danıqlara getmək üçün bir ortaq məxrəcə gələ bilmirlər və bu vəziyyətdən çıxış yolunu tapmaq ona görə çətindir ki, hökumət özünü seçkilərdə qalib elan etmək üçün kifayət qədər gücə, müxalifətsə böyük ictimai dəstəyə malikdir. Buna görə də qarşıdurma mövcuddur və vətəndaş itaətsizliyinin olacağı gözlənilir.” Müşahidəçiərin fikrincə, vətəndaş itaətsizliyi Gürcüstanda müxalifətin Tbilisi və Gürcüstanın rayonlarında gərginliyi artmasına nail ola biləcəyilə nəticələnə bilər. Burada hökumət orqanlarının çalışmasına maneə yaradıla bilər. Bunula belə, müxalifətin “Burcanadze-Demokratlar” blokunun liderlərindən biri Zurab Jvaniya müxalifətin prezident Şevadrnadze ilə yenidən görüşməyə razı olduğunu bildirib. Lakin müxaliəft prezident Şevardnadzenin “müəyyən güzəştlər”ə getməsi istəyir. Bunun hansı nəticəsi ola bilər və söhbət hansı “güzəştlərdən” gedir. “Ədalətli seçkilər” təşkilatını derektoru Zurab Çiaberişvili hesab edir ki, siyasi kompromislər bir neçə səbəbə görə mümkün deyil. “Əgər həm hökumət, həm də müxalifət bütün seçki məntəqələrində yenidən nəticələri yoxlayıb baş vermiş pozuntuları düzəltmək istəsələr, bu, texniki baxımdan, elə hüquqi baxımdan mümkün olmayacaq. Çünki hər şey həll olsa da, bir problem qalacaq, o da Acariyadır və bütün seçki məntəqələrində düzəlişlər ediləndən sonra belə bir nəticə ortaya çıxa bilər ki, nə hökumət, nə də müxalifət birinci yerdə deyil, Aslan Abaşidzenin “Dirçəliş” bloku öndə gedir. Bu isə həm hökuməti, həm də müxalifəti narahat edir. Abaşidzenin də güzəştə getməyəcəyi gözlənilir. Buna görə də, hökumət və müxalifət çalışır ki, bir-birinə güc yolu vasitəsilə təsir göstərə bilsinlər. Bu gün prezident Eduard Şevardnadze həftəlik müraciətində bildirdi ki, 2005-ci ildə müddəti bitənə qədər istefaya getməyəcək. Gürcüstan prezidenti habelə müxalifət lideri Mixail Saakişviliyə xəbərdarlıq etdi ki, polis qeyri-qanuni aksiyaların qarşısını alacaq.

XS
SM
MD
LG