Accessibility links

Türkiyə araşdırma aparır - 2003-11-17


Türkiyə rəsmiləri şənbə günü İstanbulun iki sinaqoqunda törədilən partlayışların Əl-Qaidə şəbəkəsinə daxil olan terrorçuların həyata keçirdiklərinə dair iddiaları araşdırırlar. Bu gün sinaqoqların birinin dağıntıları arasından daha bir meyit tapılıb. Partlyışlarda ölənlərin sayı 24-ə çatıb. Londonda yerləşən iki ərəbdilli qəzetə göndərilən mesajlarda “Əbu-Həfs əl-Məsri” briqadası adlı yaraqlı qrup partlayışların məsuliyyətini üzərinə götürüb. Türkiyəli rəsmilər bildirirlər ki, iki intiharçı yük maşınlarını sinaqoqların yaxınlığına sürmüş və partlayışı törətmişdilər. Xəbərlərə görə, intiharçılardan birinin təsviri videokamerya alınıb. Lakin onun kimliyini müəyyən etrmək hələlik mümkün olmayıb.

XS
SM
MD
LG