Accessibility links

Şevardnadzenin tərəfdarları Tbilisidə yürüş keçirdilər - 2003-11-18


Tbilisidə prezident Eduard Şevardnadzenin tərəfdarları onun istefası tələbilə keçirilən yürüşlərə etiraz əlaməti olaraq nümayiş keçiriblər. Səkkiz minə yaxın adam parlament binasına doğru addımlamışdır. Nümayişçiləri arasında Eduard Şevardnadzenin müttəfiqi Aslan Abaşidzenin idarə etdiyi qərbi Acariya rayonundan gələnlərin olduğu deyilir. Gürcüstan müxalifəti noyabrın 2-də beynəlxalq müşahidəçilərin saxta adlandırdıqları parlament seçkilərindən sonra hər gün etiraz nümayişləri keçirir. Prezident Şevardnadze seçki zamanı baş vermiş pozuntuları araşdırmaq üçün komissiya yaratmaq və pozuntulara görə məsul şəxsləri cəzalandırmağa söz vermişdir.

XS
SM
MD
LG