Accessibility links

İtaliyada İraqda həlak olmuş əsgərlərin dəfn mərasimi oldu - 2003-11-18


İtaliyada keçən həftə İraqda bomba hücumu nəticəsində həlak olmuş 19 əsgərin dəfn mərasimləri keçirilib və ölkədə matəm elan olunub. Minlərlə insan Romada Müəqəddəs Pavel kilsəsindəki mərasimdə iştirak edib. Minlərlər italiyalı mərasimi televiziya vasitəsilə izləyib. Kilsə zənglərinin sədası altında hərbi qüvvələrin süvari əsgələri həlak olmuş əsgərlərin cənazəsini daşıyan hərbi maşınları müşayət edirdi. Minlərlə insanın küçələrə çıxdığı şəhərin üzərində hərbi vertolyotlar uçurdu. Əsgərlərin ailə üzvləri, ölkənin hərbi və siyasi rəhbərləri matəm mərasiminin keçdiyi Müqəddəs Pavel kilsəsində ön sıraları tutmuşdular. Məraimi İtaliyanın arxiyepiskoplar konfederasiyasının başçısı kardinal Kamillo Ruini aparırdı. “Biz burada bu dua mərasimində və bu matəm günü Nasiriyyə şəhərində terror hücumu nəticəsində həlak olanların xatirəsini Allaha qırılmaz inanımımızla anırıq.” Kardinal həyatlarını qurban vermiş əsgərlərin xatirəsini minnətdarlıqla yad edərək demişdir: “Biz terrorçu qatillərdən qaça bilmərik, lakin onlara cəsarət, qətiyyət və gücümüzlə cavab verəcəyik-deyə kardinal əlavə etmişdir. Həlak olmuş əgərlərin adları oxunarkən kilsədə yığınşanların sürəkli alqışları səslənmişdir. Xalq İraqda keçən həftə maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində itirdiyi 19 əsgərin xatirəsini andığı bu gün İtaliyanın hər yerində iş dayanmışdı. Əsgərlərin ölümü İtaliyanın İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi itkisi olmuş, xalqı şok vəziyyətinə salmıışdır.

XS
SM
MD
LG