Accessibility links

Misir prezidenti parlament qarşısında etdiyi çıxışını dayandırıb - 2003-11-19


Bu gün Misrin prezidenti Hüsnü Mübarək özünü yaxşı hiss etmədiyinə görə parlament qarşısında etdiyi çıxışını kəsməli olmuşdur. Rəsmi nümayəndələrin bildirdiyinə görə prezidentə soyuq dəymişdir. 75 yaşlı prezidentin çıxışı zamanı öskürməyə başlaması və sözləri aydın tələffüz edə bilməməsinə görə dövlət televiziyası canlı yayımı dayandırmalı olmuşdur. Yayım bərpa edildikdə prezident artıq tribunada deyildi. 45 dəqiqədən sonra geri qayıdan prezident qanunvericilərin alqışları ilə qarşılanmışdır. Cənab Mübarək çıxışını 5 dəqiqə ərzində yekunlaşdırmışdır. Ölkənin səhiyyə nazirinin bildirdiyinə görə prezidentin qan təzyiqi düşmüşdü.

XS
SM
MD
LG