Accessibility links

Calal Talabani İraqın Türkiyə ilə yaxşı münasibətdə olmasını istəyir - 2003-11-19


İraq İdarəedici Şurasının prezidenti Calal Talabani bildirirb ki, o ölkəsinin qonşu Türkiyə ilə yaxşı münasibətlərdə olmasını istəyir. Cəlal Talabani bu açıqlamanı bu gün Ankarada Türkiyənin baş naziri Rəcəp Tayyıp Ərdoğanla görüşdən sonra edib. Bu ilin əvvələrində Türkiyə ABŞ qüvvələrinə yardım etmək üçün İraqa qoşun göndərməyi təklif etmişdir. Lakin İraqın icraedici şurasından buna güclü müqavimətin olduğunu gördükdən sonra Ankara bu plandan əl çəkməyə məcbur olmuşdur. Cənab Talabanin sözlərinə görə, cənab Ərdoğan ona Türkiyənin İraq xalqı ilə birlikdə olacağını deyib. O əlavə edib ki, vəziyyət yaxşılığa doğru dəyişdikdən sonra Türkiyə İraqda ev, yol və körpülərin tikintisində yardım edəcəyinə də söz verib.

XS
SM
MD
LG