Accessibility links

Demokrat konqresmen Buş administrasiyasının Qafqazda siyasətini tənqid edir - 2003-11-20


“Krisçen Sayens Monitor” qəzetində Demokratların nüfuzlu konqresmeni, Konqresin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü Tom Lantos “Qafqaz od içindədir, amerikalılıarsa sakit dayanıb” adlı məqalə dərc edib. Konqresmen yazır ki, prezident Buş Yaxın Şərqdə demokratiya istiqamətində strategiyanı gücləndirmək vaxtının gəlib çatdığını elan etdi. “Qafqazda bu istiqamətdə görülən işlərə baxsaq, belə çıxır ki, biz heç buna təşəbbüs də göstərməmişik. Birləşmiş Ştatların OPEK-dən asılılığını azalda biləcək bir alternativ kimi, Xəzər nefti, belə görünür, insan hüquqları və demokratiyadan yuxarı yer tutur. “ Konqresmen Lantos Gürcüstan seçkilərini misal gətirərək yazır i, Gürcüstanın hər yerində seçkilərin yenidən keçirlməsi çağırışları edilsə də, Eduard Şevardnadze buna etiraz etdi və indi minlərlə adam küçələrə tökülüb 1990-cı illərdə cənab Şevardnadzeni hakimiyyətə gətirən, ölkəni vətəndaş müharibəsinə yuvarladan dövlət əleyhinə etiraz nümayişlərini xatırladan şəkildə etiraz edir. “Bu böhranda ABŞ hökumətinin mövqeyi nə oldu?”-deyə koqresmen Lantos sual verir və cavabında yazır: “Qərb müşahidəçiləri seçkilərin Şevardnadze hökuməti tərəfindən saxtalaşdırıldığını dediyi halda, ABŞ Dövlət Departamenti yüksək səviyyəli nümayəndləri göndərib, lakin ictimaiyyətə sanballı bir açıqlama verməyərək son dərəcə zəif mövqe tutdu. Cənab Buşsa heç bir şey demədi.” Tom Lantos qeyd edir ki, Gürcüstandakı vəziyyət əslində, bu ilin əvvəli Ermənistanda prezindet seçkiləri zaman, və keçən ay Azərbaycanda prezident seçkilərinin təkrarıdır. “Hər iki halda, baş alıb getmiş saxtakarlıqların cavabında Birləşmiş Ştatlardan yumşaq tənə gəldi”. Sovet İttifaqının dağılması nəticəsində Rusiyanın regionda nüfuzunu itirməsilə Birləşiş Ştatların özünün müttəfiqləri hesab etdiyi Qafqazın üç dövlətinin suverenliyi və burada iqtisadi sabitlik ABŞ-ın dövlət maraqları üçün böyük əhəmiyyət kəsb edir-deyə konqresmen Lantos fikrinə davam edərək yazır: ”Bu münasibətlər sentyabrın 11-i hücumlarından sonra Qafqaz dövlətləri Birləşmiş Ştatların təyyarələrinə Əfqanıstanda müharibə zamanı öz ərazilərinin üzərindən uçmağa icazə verdiyi vaxt öz nəticəsini verdi.” Tom Lantos həm Ermənistan, həm də Azərbaycanın ölkə vətəndaşlarının çoxunun legitim hesab etmədiyi liderlər tərəfindən idarə edildiyi deyir. O yazır:”Elektoratları tərəfindən geniş mandat almadan, nə prezident Əliyev, nə də prezident Köçaryan xalaqlarını maddi inkişaf yoluna çıxara bilməyə qadir olmayacaqlar, həm də on ildən artıqdır aralarındakı münasibətləri pozmuş Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyəcəklər.” Konqresmen Lantos onu da qeyd edir ki, demokratiyanın və vətəndaş cəmiyyətinin mövcud olmaması tam yəqinliiklə ona gətirib çıxara bilər ki, neftdən əldə olunan gəlirlər İsveç bankında rüşvətxox liderlərin və hökumət nümayəndələrinin hesablarında yatırılacaq. Tom Lantosun yazdığına görə, bu, bir həqiqətdir ki, Birləşmiş Ştatlar öz maraqlarını təmin etmək üçün bu dünyanın Əlievləri, Köçaryanları və Şevardnadzelərilə işləməlidir, lakin Dövlət Departamenti heç olmasa, “bu liderlərin ayaqlarını azca da olsa, demokratiya oduna tutmalıdır. Bundan daha vacibi də Dövlət katibinin özü, ya da hətta Buşdan kəsərli bir tənbeh almalıdır.” “Krisçen Sayens Monitor” qəzetində məqaləsinin sonunda konqresmen Lantos yazır ki, bu ölkələrin liderləri beynəlxalq öhdəliklərə cavab verən birb yolda olduqlarını göstərməyənə qədər Birləşmiş Ştatlar hökuməti onları məsul tutmalıdır. Yoxsa, Qafqaz avtoritar dövlətlərdən ibarət bir yerə çevrilə bilər və Xəzər neftinin həcmi də Birləşmiş Ştatları bunun nəticələrindən qoruya bilməyəcək.

XS
SM
MD
LG