Accessibility links

Gürcüstan müxalifəti Şevardnadzenin dinc yolla istefasına çağırır - 2003-11-21


Gürcüstanın müxalifət üzvlərindən ibarət maşın karvanları prezident Eduarad Şevardnadzenin istefasını tələblərilə təzyiq göstərmək üçün Tbilisiyə yetişmişlər. Milli Hərəkat blokunun lideri Mixail Saakaşvili prezident Şevardnadzeni hakimiyyətdən salmaq üçün “məxmər inqilab”a çağırıb. O, yürüş iştikraçılarına deyib ki, onların gəlişi prezidenti vəzifədən getmək məcburiyyəti qarşısında qoyacaq. Cənasb Saakaşvili habelə deyib ki, müxalifət yeni seçilmiş parlamentə şənbə günü ilk yığıncağını keçirməyə imkan verməyəcək. Bununla belə, hökumət tərəfdarı nümayişçilər parlamentin binası qarşısında meydanı tutub yeni parlament yığıncağını keçirənə qədər burada dayanacaqlarını bildirirlər.

XS
SM
MD
LG