Accessibility links

BAEA İranla bağlı qətnamə üzərində işləyir - 2003-11-22


Beynəlxalq Atom Enerjisi Agentliyi hazırda İranın nüvə silahları proqramı ilə bağlı qətnamə üzərində işləyir. Agentliyin idarə heyəti gələn həftə yaranmış vəziyyətdən çıxış yolu tapacaqları ümidi ilə yığıncaq keçirməlidir. Birləşmiş Ştatlar İranın yalnız uranı zənginləşdirdiyini işin üstü açıldıqdan sonra etiraf etdiyini deyir. ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Kennet Bril İranı qəsdən hər şeyi ört-basdır etdiyində günahlandırmışdır. Amerika agentliyin idarə heyətindən İranın beynəlxalq öhdəliklərə əməl etmədiyni elan etməsini və məsələyə BMT-nin Təhlükəszlik Şurasında baxılmasını tələb edir. İran isə artıq BAEA ilə əməkdaşlıq edəcəyinə işarə edir. İranın atom enerjisi agentliyindəi təmsilçisi Əli Əkbər Salehi müxbirlərlə söhbətində demişdi ki, Tehran artıq Britaniya, Almaniya və Fransa ilə əməkdaşlıq edir. Lakin qərb diplomatları heç də bütün Avropa ölkələrinin Britaniya, Fransa və Almaniyanın Avropa Birliyinin bütün 15 üzvü ilə xarici siyasət yollarından razı olmadığını deyirlər. BAEA-nin növbəti yığıncağı qarşıdan gələn çərşənbə günü Vyana keçiriləcək.

XS
SM
MD
LG