Accessibility links

Türkiyə iqtisadiyyatının problemləri - 2003-11-23


Türkiyə iqtisadiyyatının inkişafında son zamanlar artım müşahidə olunur. Hökumət ölkə iqtisadiyyatının Avropa Birliyinin standartlarına uyğun bir səviyyəyə çatdırılmasına çalışır. Lakin bu yaxınlarda Vaşinqtonda keçirilmiş seminar iştirakçıları Türkiyə iqtisadiyyatında bəzi poroblemlərin qaldığını ssöyləyiblər. Təhlilçilər xarici investiyasiya qoyuluşlarına mane olan korrupsiya faktını göstəriblər.

Türkiyə iqtisadiyyatında bu il 5,3 fazi artım müşahidə olunub və bu tendensiyanın 2004-cü ildə də davam edəcəyi gözlənilir. Ölkədə xroniki inflasiyanın səviyyəsi düşmüş və gələn il onun 13 faizə qədər azalacağı gözlənilir. Beynəlxalq Valyuta Fondunda Türkiyə üzrə ekspert Rza Moğadam Ankara hökumətinin Avropa Birliyinə daxil olmaq üçün düşünülmüş iqtisadi siyasət yeritdiyini deyir. “Makro-iqtisadi siyasətə gəldikdə, burada böyük stimullaşdırma var və bu da çox mühümdür. Bunun digər tərəfi isə təsisatların yaradılmasından ibarətdir. Son üç-dörd ildə biz burada müstəqil təsisatların yaradılması istiqamətində addımlar atıldığının şahidi olmuşuq.”

Konfrans iştirakçıları tərəqqinin əldə edilməsinə baxmayaraq, Avropa Birlyinin vahid valyuta sisteminə daxil olmaq istəyən Türkiyənin kriteriyalara cavab verə bilməsi üçün müəyyən vaxtın lazım olduğu fikrilə razılaşmışlar.Türkiyənin xarici borcu yüksək olaraq qalır, sələm faizləri çox yüksəkdir, inflasiya səviyyəsi Avropa Birlyinin normalarından qat-qat artıqdır. Avropa ölkələri Birliyə üzvlük məsələsinin müsbət həll olunacağına işarə etmədiyi halda, Türkiyənin islahatçı hökuməti bunu özünün əsas prioriteti edib. Türkiyə üzrə mütəxəssis Çarlz Conston qeyd edir ki, xarici investorları cəlb etmək üçün Türkiyədə korrupsiya aradan qaldırılmalıdır. “Korrupsiya elə bir səviyyədədir ki, burada meksikalılar geri qalırlar. Türkiyəyə gedən hər bir şəxs ölkədə işini görmək üçün bəxşiş gözləniləcəyini bilməlidir. Burada ənənəvi korrupsiyanın olduğu fikri qəbul edilib.“

İctimiayyətdə rüşvətə nifrət seçicilərin keçən ilin noyabr ayında ən’ənəvi patrtiyalardan üz döndərib baş nazir Rəcəp Tayyib Ərdoğanın başçılıq etdiyi islam meylli partiyaya səs verməsinə gətirib çıxarmışdır. Vəzifəsini icar etməyə başlayandan sonra cənab Ərdoğan Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə uyğun olaraq yeritdiyi iqtisadi siyasətlə bəzi təhəlilçiləri təəccübləndirmişdir. Transparency İnternational beynəlxalq şəffafflıq təşilatının illik korrupsiya göstəriciləri siyahısında Türkiyə 77-ci yerdə durur.

XS
SM
MD
LG