Accessibility links

E.Şevardnadze istefa verdi - 2003-11-23


Gürcüstan prezidenti Eduard Şevardnadze 3 həftə sürən siyasi qarşıdurmadan sonra istefa verib. Prezidentin istefa xəbəri Tbilisidə bötük sevinclə qarşılanmış, şəhərdə atəşfəşan səsləri eşidilmişdir. Müxalifət lideri sabiq prezidentin cinayətkar kimi mühakimə ediləcəyini bildirib. Böhranın həllinə yardım məqsədi ilə Rusiyanın xarici işlər naziri İqor İvanov Eduard Şevardnadze, habelə Mixail Saakaşvili ilə görüş keçirimişdi. Parlament spikeri Nino Burcanadze ölkənin dövlət başçısı vəzifəsini icra edir. Eduard Şevardnadze müxalifətin ələ keçirdikləri hökumət binalarını boşaltdıqları təqdirdə növbədənkənar prezident seçkilərini nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi. Mixail Saakaşvili isə danışıqlar keçirilməsinin artıq gec olduğunu demiş və prezidentin istefa verməsinə əlavə vaxt verilməsini təklif etmişdi.

XS
SM
MD
LG