Accessibility links

Nino Burcanadze azadlıq və demokratiyanı müdafiə edəcəyini bildirdi - 2003-11-24


Prezident Eduard Şevardnadzenin üç həftə davam edən kütləvi nümayişlər nəticəsində istefasından sonra Gürücüstanın müvəqqəti prezidenti ölkədə hakimiyətin dinc yolla keçidini möhkəmlətmək istiqamətində ilk addımlar atır. Müvəqqəti prezident Nino Buracanadze bir aya yaxın müddət ərzində davam edən gərginlik və küçə nümayişlərindən sonra tez bir zamanda qanunun bərpasına nail olunacağına və yeni seçkilər keçiriləcəyinə söz verdi. Özünün ilk müraciətində Nino Buracanadze gürcü xalqını azadlıq və demokratiyanı müdafiə etdiyinə görə alqışladı. O dedi ki, eyni işləri görəcək və gürcü xalqına bunu vəd edib. Nino Burcanadze xarici müxbirlərə öz görüşlərini izah etdi. “Mən ölkədə əsl demokratik şərait yaratmaq üçün əlimdən gələni edəcəm. Mən ölkədə sülh və sabitliyin bərqərar olması üçün var gücümü sərf edəcəm. İndi küçələrdə qayda-qanunun bərpası çox mühümdür. Biz indi ölkənin hər yerində hüquqi və qanuni aktları həyata keçirməliyik.” Nino Burcanadzenin açıqlamaları onun köhnə parlamentin iclasını çağırmasından sonraya təsadüf etmişdir. Bunun səbəbini xanım Buracanadze onunla izah etmişdir ki, keçən seçkilərdə genişmiqyaslı pozuntular olduğuna görə, köhnə parlament yeni seçkilərə qədər səlahiyyətlərini icra etməlidir. Yeni seçkilərin 45 gün ərzində keçirilməsi planşdırılır. Tbilisidə isə bazar günü axşam küçələrdə atəşfişanlıq və təntənələrdən sonra bu gün vəziyyət normallaşır. Şəhər sakinlərinin bir çoxu Gürcüstan üçün başlanan yeni eranın ilk günü ilk dəfə olaraq işə çıxıb, alış-verişə başlayıb.

Azərbycan rəsmileri ve müxalifet Gürcüstan hadisərənə münasibet bildirdi.

Bu barədə Tapdiq Fərhadoğlu Bakididan xəbər verir.

XS
SM
MD
LG