Accessibility links

ABŞ və Avropa Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsini alqışlayır - 2003-11-24


Birləşmiş Ştatlar və Avropa Birliyi Gürcüstanda hakimiyyətin dinc yolla keçidini alqışlayaraq müvəqqəti hökumətlə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Avropa Komissiyası isə prosesi başa çatdırmaq üçün yeni seçkilərin keçirilməsinə çağırıb.

Birləşmiş Ştatlar və Avropa Birliyinin, habelə Avropa Şurasının bazar günü prezident Eduard Şevardnadzenin istefasından sonra verdikləri bəyanatlarda ən tez bir müddət ərzində seçkilərin keçirilməsinə çağırılır. Avropa Komissiyasının bəyanatında deyilir ki, gürcülər siyasi sistemlərinə inamı bərpa etməlidirlər və son hadisələrin beynəlxalq standartlara uyğun demokratik seçkilərə yol açması olduqca böyük əhəmiyyət kəsb edir. Avropa Komissiyası habelə tərəflərin zorakılıqlara yol vermədiyini alqışlamış, eyni zamanda onların dinc yolu tutacaqlarına ümid bəslədiyini ifadə etmişdir. Bu arada, Rusiya Gürcüstan hökumətinin iki ölkə arasında ən’ənəvi dostluq əlaqələrini canlandıracağına ümid etdiyini, Eduard Şevardnadzenin qərbə yaxınlaşmaq səylərinin bəzi çətinliklər yaratdığını bildirmişdir.

XS
SM
MD
LG