Accessibility links

Xodorkovskinin istintaqı başa çatdı - 2003-11-25


Rusiyanın baş prokurorluğunun bildirdiyinə görə YUKOS-un həbsdə olan keçmiş prezidenti Mixail Xodorkovskinin istintaqı başa çatıb. Bu gün prokurorluq və Xodorkovskinin vəkilləri bildiriblər ki, mühakiməyə hazırlıq məqsədi ilə istintaqın nəticələrini oxumağa başlaya bilərlər. Qeyd edək ki, Rusiyanın ən zəngin biznesmeni oktyabr ayının 25-i nəzarə altına alınmışdı. Cari ayın 11-i isə məhkəmə Xodorkovskinin zəmanətə buraxılması təklifini rədd etmiş, onun dekabr ayının 30-dək həbsdə saxlanılmasına göstəriş vermişdi. Prokurorolar məhkəmə prosesinin iki ilədək sürə biləcəyini təxmin edirlər. Tənqidçilər isə Xodorkovskinin qarşıdan gələn parlament seçkilərində iştirak edəcək müxalif namizədləri dəstəklədiyinə görə onun həbsinin siyasi motivlərə əsaslandığını deyirlər.

XS
SM
MD
LG