Accessibility links

N.Burcanadze : Gürcüstanın dövlət büdcəsi sıfırdır - 2003-11-25


Gürcüstan parlamenti bazar günü Eduuard Şevardnadzenin istefasından sonra yanvar ayının 4-də prezident seçkiləri keçirilməsinə qərar verib. Seçkilərin yanvar ayının 4-də keçirilməsi qərarı 45 gün ərzində seçkilər keçirilməsini tələb edən konstitusiyaya əsasən qəbul edilib. Ali Məhkəmənin bu gün seçkilərin nəticələrini rəsmən ləğv etməsindən sonra parlament seçkilərinin də keçiriləcyi gözlənilir. Xatırladaq ki, noyabr ayının 2-də keçirilən parlament seçkilərinin nəticələri hökumət əleyhinə böyük etiraz dalğası ilə qarşılanmış, prezident Eduard Şevardnadzenin istefası ilə nəticələnmişdi.Bu gün Gürcüstanın müvəqqəti dövlət başçısı Nino Burcanadze hökumət nümayəndələri ilə görüşüb, ölkədəki təxirəsalınmaz, xüsusilə iqtisadi problemləri müzakirə edib. “Bizim dövlət büdcəmiz sıfırdır. Biz təqaüdləri ödəyə bilmirik. Biz maaşları ödəyə bilmirik. Ordu və polisə də heç nə ödənilmir”-deyə Nino Burcanadze bildirib.Müvəqqəti prezident beynəlxalq ictimaiyyətə yardım üçün müraciət edəcəyini deyib.

XS
SM
MD
LG