Accessibility links

Z.Jvaniya baş nazir təyin edildi - 2003-11-27


Gürcüstan parlamenti hökumətdə ikinci yüksək vəzifə-dövlət nazirliyinə Zurab Jvaniyanı başçı təyin edib. Zurab Jvaniya Eduard Şevardnadzenin istefasına yol açan mübarizəyə başçılıq edən müxalifətin 3 əsas liderindən biridir. Nino Burcanadze hazırda dövlət başçısı vəzifəsini icra edir. Digər müxalifət lideri Mixail Saakaşvili isə yanvar ayının 4-də keçiriləcək prezident seçkilərinə namizədddir. Parlament bundan əlavə, yeni maliyyə və daxili işlər nazirlərini də təyin edib. Parlament seçkilərinin tarixi isə hələ müəyyən edilməyib.

XS
SM
MD
LG