Accessibility links

Senator Klinton İraqdakı Amerika hərbiçilərini ziyarət edir - 2003-11-28


Prezident Buş bu günlər İraqa səfər edən yeganə ABŞ rəsmisi deyil. Amerikanın keçmiş birinci xanımı, Nyu York ştatından senator Hilari Rodham Klinton İraqdakı Amerika hərbi qüvvələrinə öz dəstəyini nümayiş etdirmək məqsədilə Bğdaddadır. Müxbirlərlə danışan xanım Klinton BMT-nin İraqın bərapası prosesinə qoşulacağına ümid etdiyini bildirib, lakin bunun üçün Buş administrasiyanın öz siyasətində dəyişikliklər etməli olduğunu deyib. Senator Hilari Klinton Bağdada Rod Ayland ştatından digər demokrat senator Cek Ridlə səfər edib. Hər iki senator dünən Əfqanıstandakı Amerika hərbi qüvvələrini ziyarət etmişdir.

XS
SM
MD
LG