Accessibility links

İsrail mətbuatı Şaronun birtərəfli aksiyalar planlaşdırdığını yazır  - 2003-11-28


İsrail mətbuatının verdiyi məlumatlara görə, sülh səyləri baş tutmasa, baş nazir Ariyel Şaron Qəzza zolağındakı bəzi yəhudi yaşayış məntəqələrini sökməyi və İordan çayının Qərb sahilinin bəzi hissələri tutmağı planlaşdırır. Bu məlumatlara münasibət bildirən fələstinlilərin xarici işlər naziri Nabil Şaas cənab Şaronun planlarını “kobud və təkəbbürlü” adlandırıb. Cümə axşamı Ariyel Şaron demişdir ki, sülh səylərinin bir hissəsi kimi İsrailin bəzi əraziləri verməli olduğunu bilir. Bununla yanaşı, baş nazir xəbərdarlıq etmişdi ki, fələstinlilər tərəfindən bir iş görülməsə, o, birtərəfli şəkildə addımlar ata bilər.

XS
SM
MD
LG