Accessibility links

Iraqlılar terror əleyhinə yürüş keçirdi - 2003-11-28


Yüzlərlə iraqlı yaraqlıların terror əməllərinə etiraz etmək üçün Bağdadın mərkəzində nümayiş keçiriblər. Nümayişçilər əllərində terroru pisləyən plakatlar tutmuş və koalisyia qüvvələrinə qarşı hücumlar zamanı həyatlarını itirmiş mülki şəxslərin xatirəsini yad etmək üçün boş tabutlar daşımışlar. “Assoşieyted Press” agentliyi bildirir ki, bugünkü nümayiş İraqın bir neçə partiyası tərəfindən təşkil olunmuşdur. Onlardan heç birinin Birləşmiş Ştatların təyin etdiyi İraqın İdarəedici Şurası ilə əlaqəsi yoxdur.

XS
SM
MD
LG