Accessibility links

Yaxın Şərqdə sülh səyləri bərpa edilir - 2003-11-29


Bu gün Fələstin Muxtar idarəsinin baş naziri Əhməd Qureya İordaniyada Birləşmiş Ştatların Yaxın Şərq üzrə nümayəndəsi Uiliam Börns ilə görüşüb. Görüş sabah cənab Börns və İsrailin baş naziri Ariyel Şaron arasında regionda sülhün bərpasına dair danışıqlara başlanğıc mahiyyəti daşıyır. Birləşmiş Ştatların dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müavini Uilyam Burns ilə görüşmək üçün Ramallahdan İordaniyaya yola düşməzdən əvvəl cənab Qureya Birləşmiş Ştatların Yaxın Şərq sülh prossesinin canlandırması səylərində tam iştirakını görmək istədiyini deyib. Cənab Börns Yaxın Şərqə “Yol xəritəsi” adı ilə tanınan sülh planının canlandırması məqsədi ilə göndərilib. Xatırladaq ki, Birləşmiş Ştatlar, Avropa Birliyi, Rusiya və BMT-nin dəstəklədiyi “Yol xəritəsi” planı 2005-ci ildə Fələstin dövlətinin təşkilini nəzərdə tutur. Cənab Burnsün sabah Qüdsdə cənab Qureya ilə ilk sammitinə hazırlaşan İsrailin Baş Naziri Şaronla görüşü gözlənilir. Əhməd Qureya İsraili İordan çayının qərb sahilində təhlükəsizlik hasarının inşasını dayandırmağa çağırıb. Fələstinlilər bunu İsrailin daha çox Fələstin ərazisini ələ keçirmək və təktərəfli şəkildə sərhədləri müəyyən etmək cəhdi kimi qiymətləndirirlər. Cənab Şaron hasarın inşasının başa çatdırılacağı və bunun yalnız İsrail vətəndaşlarının terror hücumlarından müdafiəsi məqsədi daşıdığını deyir.

XS
SM
MD
LG