Accessibility links

Terrorçular yenidən təlimlərə başlayıb - 2003-11-30


Filippinin səlahiyyətli nümayəndələri regional terrorçu qrup Cəmaa- İslamiyyənin Mindanao adasında yenidən hərbi təlimlərə başladığını elan ediblər. Bu gün paytaxt Manilada müxbirlərlə görüşən müdafiə naziri Eduardo Ermita bildirib ki, Moro İslamçı Azadlıq Cəbhəsinin 31 indoneziyalını hazırda təlimdən keçirdiyinə inanılır. Mudafiə nazirinin dediyinə görə Moro İslamçı Azadlıq Cəbhəsi isə xarici terrorçulara sığınacaq verdiyinə dair ittihamları rədd edir. Qeyd edək ki, Cəmaa- İslamiyyətinin Əl-Qaidə ilə əlaqəsi olduğu düşünülür.

XS
SM
MD
LG