Accessibility links

Rusiya və Ermənistan liderləri görüş keçiriblər - 2003-11-30


Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Robert Koçaryan Sankt-Peterburq danışıqları zamanı Qafqazda vəziyyət və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu gün müzakirəyə qoyulan məsələlər arasında Dağlıq Qarabağ münaqişəsi də yer almışdı. Siyasi həllində heç bir tərəqqi əldə edilməyən məsələ ilə bağlı prezident Putin Azərbaycanın yeni lideri İlham Əliyevin münaqişənin həllində müsbət addımlar atacağından əminliyini dilə gətirmişdir. Putinin köməkçilərinin bildirdiyinə görə Rusiya münaqişənin həllində yardımçı olmağa hazırdır, lakin mübahisəyə Azərbaycan və Ermənistan liderləri arasında dialoq son qoya bilər.

XS
SM
MD
LG