Accessibility links

İranlı hüquq müdafiəçisi hökuməti insan hüquqlarını təmin etməyə çağırır  - 2003-12-02


Nobel sülh mükafatı laureatı iranlı hüquq müdafiəçisi Şirin İbadi deyib ki, İran İslam respublikası qadınların və dini azlıqların hüquqlarını təmin etməlidir. Bu gün Tehranda keçirdiyi mətbuat konfransında Şirin İbadi habelə bildirib ki, İran konstitusiyasında qadınlara prezidentlik uğrunda mübarizə aparmaq hüququ verildiyinə inanır. Bu qeydlər İran mühafizəkarlarının mübahisələrinə səbəb olmuşdur. Şirin İbadinin çıxışı gələn həftə sülh mükafatını almaq üçün Norveç paytaxtına səfərindən öncəyə təsadüf edir. Hüquq müdafiəçisinin dediyinə görə, mükafat onu daha da ruhlandırmışdır və insan hüquqları uğrunda mübarizə kampaniyasında düz yolda olduğunu göstərir.

XS
SM
MD
LG