Accessibility links

İstambul hücumlarında Əl-Qaidənin əli var - 2003-12-02


Türkiyə mətbuatının yazdığına görə İstambulda keçən ay intihar bomba hücumlarını həyata keçirdiyində şübhələnilən iki şəxs davamli olaraq Üsamə Bin-Ladenin əsas müşavirlərilə görüşürmüşlər. “Hürriyət” qəzetinə əsasən hücumun təşkilatçıları olduqlarına inanılan Həbib Aktaş və Azad Əkinçi polisə bildiriblər ki, onlar Əl-Qaidənın əsas liderlərindən biri Ayman Əl-Zavahiri ilə ildə azı üç dəfə görüşürlər. Qəzet yazır ki, bu şəxslər Əl-Qaidədən təlimatlar almış, lakin təlimatların kim tərəfindən verildiyini bildirməmişlər. Qeyd edək ki, bazar ertəsi Türkiyə höküməti terror hücumlarının Əl-Qaidə şəbəkəsi ilə əlaqəsi olduğuna dair məlumata malik olduğunu bəyan etmişdi.

XS
SM
MD
LG