Accessibility links

Gürcüstan yeni rəhbərliyi ölkəni iqtisadi tənəzzüldən qoruya biləcəkmi - 2003-12-03


Gürcüstanın yeni rəhbərliyi xəbərdarlıq edib ki, Qərbin yardımına baxmayaraq, ölkə iqtisadiyyatında kəskin tənəzzül baş verə bilər. İqtisadi tənəzzülün ən çox zərbə vurduğu sahələrdən biri xırda sahibkarlıqdır. Tbilisinin küçələrində xırda ticarətlə məşğul olan insanların çoxu gündəlik çörək pulu qazanmaq üçün bütün gün çalışmağa məcbur olur. Ölkədə pensiyaçılar az deyil. Bu adamlar umid edir ki, yeni hakimiyyət ölkəyə sülh, sabitlik gətirəcək və bu da iqtisadi inkişafa yol açacaq. Pensiyaçıların çoxu inanır ki, iqtisadi ikişaf onların müavinətlərinin artması ilə nəticələnə bilər. Çox adam 45-50 ildən sonra ayda cəmi 6 dollar pensiya alır. Son ayın nümayişləri xırda biznes sahəsinə zərər vurmuşdur. Tbilisinin bir küçəsində dayanmış orta yaşlı qadın rəsm əsərləri və suvernirlər satmaqla məşğul olur. Küçə nümayişləri zamanı biznesinə dəymiş zərər nəticəsində qadın gündəlik gəlirdən məhrum olsa da, bunun o qədər böyük əhəmiyyəti olmadığını deyir. Özü də bu etiraz nümayişlərinə qoşulmuş ticarəçi qadın hesab edir ki, hakimiyətə yeni adamların gəlməsi onu qazandığı puldan daha önəmlidir. Bu, gül mazazasıdır. Dükan boşdur. İçəridə bir dənə də olsun gül yoxdur. Mağazanın sahibi olan gənc qadın deyir ki, qızıl gül çox bahadır, biri bir dollaradır. Ona görə də gül alan yoxdur. Amma satıcı qız onu da əlavə edir ki, dükanda qızıl gül olsaydı da onları satmazdı. “Mən qızıl gülləri Gürcüstanda qızıl gül inqilabının şərəfinə insanlara pulsuz bağışlayardım.” Sabiq prezident Eduard Şevarnadzenin istefası ilə nəticələnən küçə nümayişlərinin önündə gedən Milli Hərəkat blokunun lideri Mixail Saakaşvili söz verib ki, prezident seçilsə, kiçik bizneslərin inkişafına yardım məqsədilə onları bir il müddətinə vergidən azad edəcək. Bu, Mixail Saakaşvilinin müxalifətin birgə namizədi kimi kampaniyasının əsas hissələrindən biridir. Parlament binasının yaxınlığında yerləşən şərab dükanını sahibi Saakaşvilinin sözünə əməl edəcəyinə inanır. “Mən ümid edirəm ki, Gürcüstanda rüşvətxor hökuməti devirmiş inqilabdan sonra kiçik biznesin inkişafına imkan yaranacaq.” Mağazanın sahibi vergi sisteminin də yaxşılacağını düşünür. Onun sözlərinə görə, prezident Şevardnadze dövründə gəlirlər ya gizlədilməli, ya da çoxu hökumət məmuarlarına verilməliydi. Son statistik məlumatlara görə, Gürcüstan əhalisinin yarıdan çoxu işsizdir. Yoxsulluq səviyyəsindən aşağı səviyyədə yaşayan insanların çoxu ayda 50 dollar pula yaşamaq üçün mübarizə aparır.

XS
SM
MD
LG