Accessibility links

İraqda Amerika əsgərlərinin qətli ilə əlaqədar bir şəxs həbs edilib - 2003-12-03


Birləşmiş Ştatların İraqdakı qüvvələri tərəfindən 2 Amerika əsgərinin qətli ilə əlaqədar şiə müsəlman liderinin köməkçisi həbs edilib. Hərbi nümayəndənin bildiridiyinə görə Əmar Yassiri adlı bu şəxs Bağdadın şiələrin məskunlaşdığı Sədr məhəlləsində ələ keçirilib. Bu bölgə Amerikanın İraqa müdaxiləsinin açıq əleyhinə olan Müqtəda Əl-Sədrin bazası hesab edilir. Hərbi mənbələrin bildiridiyinə görə Yassirinin oktyabr ayının 12-i Amerika qüvvələrinə qarşı hücumda əli olduğundan şübhələnilir.

XS
SM
MD
LG