Accessibility links

Fil Dişi sahilində münaqişələr davam edir - 2003-12-03


Fil Dişi sahilinin sənaye paytaxtı Abicanda polis 3 gün davam edən anti-Fransa nümayişlərini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hökuməti dəstəkləyən sərt-xətt tərəfdarı olan min nəfərə qədər gənc Fransa hərbi bazası yaxınlığında yanğınlar törətmiş və bazanı daşa basmışlar. Nümayişçilər Fransanın sülhməramlı qüvvələrinin 4 minə yaxın əsgərinin atəşkəs xəttini tərk etməsini tələb edirlər. Bu, hökumətə ölkənin şimalına nəzarət edən qüvvələrə qarşı iyul ayında elan etdikləri vətəndaş müharibəsinə yenidən başlamasına imkan yarada bilər. Ölkənin şimalı üsyançıların, cənubu isə hökumətin nəzarətində olmaqla iki hissəyə bölünmüşdür. Üsyançılar müharibədən sonra təşkil edilən koalisiya hökumətini baykot edərək, prezident Laurent Gbaqbonu sülh sazişinə əməl etməməkdə günahlandırırlar.

XS
SM
MD
LG