Accessibility links

R.Muqabe Nigeriya sammitində iştirak etmir - 2003-12-05


Nigeriyada Britaniya kraliçası Yelizavetanın açıq elan etdiyi sammitin Zimbabve ilə bağlı parçalanmaya görə şübhə altına alınacağı gözlənilir. Paytaxt Abucada keçirilən yığıncaqda əsasən Britaniyanın keçmiş müstəmləkələri olan ölkələrin nümayəndələri iştirak edirlər. Zimbabve prezidenti Robert Muqabe yığıncaqda iştirak etmir. Qeyd edək ki, Zimbabve keçən il mübahisəli seçkilərə görə birlikdən kənar edilmişdi. Birliyin baş katibi Don McKinnon sammitin inkişaf və deməkratiya məsələləri üzərində mərkəzləşəcəyini deyib.

XS
SM
MD
LG