Accessibility links

ABŞ hava hücumu zamanı əfqan uşaqlarının ölümünə görə kədər hissi keçirir - 2003-12-07


Birləşmiş Ştatların Əfqanıstandakı səfiri bildirirb ki, ABŞ-ın rəsmi dairələri Amerika təyyarələrinin hava hücumu nəticəsində doqquz uşağın qətlə yetirilməsi faktını araşdırır. Səfir Zalmay Xəlilzad günahsız uşaqların həyatlarını itirməsinə görə dərin kədər hissi keçirdiyini bildirirb. Səfir Xəlilzad, ABŞ hərbiçiləri və Qəzninin regional rəhbərliyi bildirirlər ki, hava hücumlarının nişanğahı keçmiş Taliban höküməti ilə əlaqəsi olan komandir olub. ABŞ rəsmiləri komandirin hücum vaxtı həlak olduğunu bildiriblər, lakin yerli sakinlər onun sağ qaldığını iddia edirlər. Bu arada, Əfqanıstanın dsxili işlər nazirliyi Kabil yaxınlığında iki türk işçisinin itkin düşdüyü xəbər verir. Onların oğurlandığı ehtimal olunur. Keçən həftə qiyamçılar həmin ərazidə oğurladıqları bir türk mühəndisini azad etmişdilər.

XS
SM
MD
LG