Accessibility links

ABŞ Amerika diplomatlarının Səudiyyə Ərəbistanında səfərlərinə məhdudiyyətlər qoyub  - 2003-12-07


Birləşmiş Ştatlar Amerika diplomatları və onların ailə üzvlərinin Səudiyyə Ərəbistanında səfərlərinə məhdudiyyətlər qoyub. Şənbə günü verilmiş bəyanatda ABŞ-ın diplomatik missiyasının Səudiyyə Ərəbistanında hazırkı vəziyyətlə bağlı narahatlıq duymağa davam etdiyi deyilir. Burada habelə qeyd edilir ki, paytaxt Riyad, həmçinin Dəhran və Ciddə şəhərlərində çalışan səfirlik və konsulluq əməkdaşları və onların ailə üzvlərinin səfərləri yalnız işlə əlaqədar olmalıdır və digər hallarda, onlara məhduyyətlər qoyulur. Bəyanatın verilməsindən bir neçə saat sonra Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi terror fəaliyyətlərilə əlaqədar 26 nəfərin axtqarışını elan edib. Bunların 23-ü Səudiyyə Ərəbistanı, ikisi Mərakeş, biri isə Yəmən vətəndaşıdır.

XS
SM
MD
LG