Accessibility links

4 şübhəli hələ həbsdə saxlanılacaq - 2003-12-09


Britaniyanın Börminqham məhkəməsi ölkənin anti-terror qanunlarına əsasən dekabrın 15-i keçiriləcək dinləmələr üçün nəzarət altında saxlanılan 4 şəxsin həbsdə qalmasına hökm verib. Şübhəlilər odlu silahlar və partlayıcı maddələrə məxsus olduqları, habelə terrorçuların fondlarına pul köçürdüklərində günahlandırılırlar. Müttəhimlərdən 3-ü kimyəvi və bioloji silahların istifadə üçün təlimlər keçdiklərinə görə də ittham edilir. Xatırladaq ki, bu şəxslər bu ayın əvvəlləri Börmingham və Kembridcdə keçirilən reydlər zamanı ələ keçirilən 14 adam arasındadır.

XS
SM
MD
LG