Accessibility links

Şirin İbadi dünyanı insan hüquqlqrına ehtiram etməyə çağırır - 2003-12-10


İranın insan hüquqları mübarizi Şirin İbadi dünyanı insan hüquqları və azadlığa ehtiram gösətrməyə çağırıb. Bu gün Osloda Nobel sülh mükafatının təqdimat mərasimində çıxış edən xanım İbadi bu yüksək mükafatın islam ölkələrində demokratiya və insan hüuquları sahəsində inkişafa yol açacağına ümid etdiyini bildirib. Şirin İbadi adlarını çəkmədiyi qərb demokratiyalarını sentyabrın 11-terror aksiyalarından sonra insan hüquqları normalarını pozduqlarında ittiham edib. Xanım İbadi ABŞ-ın terrorçuluqda şübhələnilənlərə münasibətini də tənqid edərək, onların Cenevrə konvensiyasına əsasən müdafiə hüquqlarından məhrum edildiyini deyib.

XS
SM
MD
LG