Accessibility links

Georqadze seçkilərdə iştirak etməyəcək - 2003-12-13


Gürcüstanın Mərkəzi Seçki Komissoyası təhlükəszlik xidmətinin keçmiş sədri, prezidentliyə namizəd İqor Georqadzenin axtarışda olduğu və Gürcüstan vətəndaşı hesab edilmədiyi üçün yanvar ayının 4-də keçiriləcək prezident seçkilərində iştirakına yol verilməyəcəyini bildirib. Eyni zamanda Gürcüstan və Ukraynanın müxalif partiyaları respublikalar arasında etimad və qarşılıqlı anlaşma, habelə onların Avropaya inteqrasiyasına yardım məqsədi ilə əməkdaşlıq haqda razılıq imzalayıblar. Gürcüstanın yanvar ayının 4-də keçiriləcək prezident seçkilərində qələbə əldə edəcəyi təxmin edilən müxalifət lideri Mixail Saakaşvili sənədi Milli Hərəkat partiyası adından imzalayıb. Onun həmkarı Ukraynanın müxalif nümayəndəsi Viktor Yuşçenko isə müqaviləyə Bizim Ukrayna partiyası adından imza atıb. İmzalama mərasimi bu gün Kiyevdə keçirilib.

XS
SM
MD
LG