Accessibility links

AB-nin sammiti başa çatdı - 2003-12-13


Avropa Birliyinin hazırkı və gələcək üzvlərinin Brüssel sammitləri birliyin ilk konstitusiyası ilə bağlı razılıq əldə edilmədən başa çatıb. Birliyin liderləri gələn may ayı üzvlərin sayının 15-dən 25-ə yüksələcəyinə görə məsələnin təxirəsalınmaz olduğunu deyirdilər. Blokun ilk konstitusiyası Avropa Birliyi liderləri arasında parçalanma yaranmışdır. Liderlər qərarlar verilərkən üzv ölkələrin çəkisi ilə bağlı razılığa gələ bilməmişlər. Almaniya və Fransa səsvermə prosesinin axarlığı və konstitusiya layihəsində irəli sürülən təkliflərin üzvlərin yarısı tərəfindən, yəni 450 milyon əhalini təmsil edən nümayəndələrin 60 faizinin dəstəyi ilə təsdiq edilməli olduğunu bildiriblər. İspaniya və Polşa isə 3 il əvvəl qeyri-mütənasib səsvermə haqlarından əl çəkmək istəməmişlər. Bu ölkələr əhalisi daha artıq olan Fransa və Almaniya ilə tarazlıq təşkil etmək istəyirlər. Sammitə sədrlik edən İtaliyanın baş naziri Silvio Berluskoni ortaq razılıq əldə edildmədiyinə görə debatların gələn il davam etdiriləcəyini deyib. Qeyd edək ki, liderlər dünən Amerikanın başçılıq etdiyi NATO-nun hərbi əməliyyatlara qarışmaq istəmədiyi təqdirdə, birliyin öz hərbi fəaliyyətlərinə keçəcəyi barədə razılıq əldə etmişlər. Lakin onlar Birləşmiş Ştatların NATO-ya hədə hesab etdiyi Avropa Birliyinin müstəqil hərbi qərargahları planlarını açıqlamamışlar.

XS
SM
MD
LG