Accessibility links

H.Karzay konstitusiya layihəsinin təsdiq ediləcəyindən umidvardır - 2003-12-13


Əfqanıstanın müvəqqəti prezidenti Hamid Karzay hökumətinin təklif etdiyi konstitusiya layihəsinin Loya Cirgə tərəfindən təsdiq ediləcəyinə ümid etdiyini bildirib. Cənab Karzay deyib ki, yeni konstitusiya islam və demokratiyanı bərabər tutmaqla, qüdrətli bir prezidetnlə ölkədə siyasi sistemin təşkilinə yol açacaq. Müvəqqəti prezidentin sözlərinə görə o, Loya Cirgə zəif prezident səlahiyyətli bir parlament sistemini dəstəkləsə, gələn il keçiriləcək seçkilərdə iştirak etməyəcək. Bir neçə dəfə təxirə salınmalardan sonra məclis sabah işinə başlamalıdır.

XS
SM
MD
LG