Accessibility links

Səddam Hüseyn İraq tribunalına verilə bilər - 2003-12-15


Britaniya hökumətinin bildirdiyinə görə, hazırda ikinci gündür ABŞ hərbi qüvvələrinin nəzarəti altında olan Səddam Hüseynin məhkəməsi İraq tribunalı tərəfindən keçirə bilər. Britaniyanın xarici işlər naziri Cek Strou deyib ki, ələ keçirilmiş diktatorun məhkəməsini iraqlılar aparsa, çox güman ki, bu, ədalətli proses olacaq. Birləşmiş Ştatların hərbi qüvvələri Səddam Hüseynin ikinci gündür sorğuya tutulduğunu bildirib, yalnız onun harada saxlandığı barədə məlumat verməyib. ABŞ müdafiə naziri Donald Ramsfild isə bazar günü Səddam Hüseynin istintaqla əməkdaşlıq etmədiyini bildirmişdir. Bununla belə, Səddam Hüseynin açıqlamaları və onun harada gizləndiyi bərədə əldə edilən bəzi sənədlərə əsasən keçmiş rejimin daha bir yüksək səviyyəli nümayəndəsinin həbs edildiyi xəbər verilir.

XS
SM
MD
LG