Accessibility links

Fransa İraqın borclarını yenidən nəzərdən keçirmək istəyir - 2003-12-15


Fransa bildirib ki, Paris Klubuna daxil olan kreditor ölkələr İraqın baş alıb gedən borclarına gələn il yenidən baxa bilərlər. Fransanın xarici işlər naziri Dominik de Vipen “Bağdadın maliyyə imkanları”nı nəzərə alaraq Fransanın İraqın bəzi borclarını bağılşmaq istədiyini bəyan edib. Moksvada isə Rusiyanın xarici işlər nazirinin müavini Yuri Fedotov İraqın yoxsul ölkə olmadığını, lakin bununla belə, Rusiyanın da İraqın borclarını Paris Klubu çərçivəsində yenidən nəzərdən keçirmək istdəyini bəyan edib. Rəsmilərin bu açılamaları ABŞ-ın xüsusi nümayəndəsi Ceyms Beykerin məsələni müzakirə etmək üçün bu gün Avropa ölkələrinə səfərə başladığı vaxta təsadüf edir. Ceyms Beykerin səfəri Fransa, Rusiya, Almaniya, İtaliya və Brtiniyanı İraqın 120 milyard dollar məbləğində borcunu yüngülləşdirməyə razı salmaq məqsədi daşıyır.

XS
SM
MD
LG